RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Sosial müdafiə sahəsi üzrə elektron xidmətlər aktual olub

“Elektron hökumət” portalında sosial müdafiə sahəsi üzrə elektron xidmətlər istifadə statistikasına görə ənənəvi olaraq ön sıralarda durur.

Avqust ayında Dövlət Sosial Müdafiə Fondunun e-xidmətlərindən 215419 dəfə istifadə edilib.

Fondun 12 e-xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərinə də tələbat yüksək olub. Belə ki, bir ayda ƏƏSMN-in xidmətlərinə 151946 dəfə müraciət olunub.

Hazırda nazirliyin də 12 e-xidməti “Elektron hökumət” portalında istifadədir.

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email