RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Ötən ay ərzində Dövlət Komissiyasının elektron xidmətlərindən istifadə edənlərin sayı 500 mini ötüb

Avqust ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) elektron xidmətlərdən istifadə sayına görə birinci olub.

“Elektron hökumət” portalı tərəfindən təqdim olunan statistikaya əsasən verилян məlumata görə, avqustda ən çox TQDK-nın e-xidmətlərindən istifadə edilib. İstifadəçilər qurumun e-xidmətlərindən 524303 dəfə yararlanıb.

Ay ərzində ən çox TQDK-nın “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” elektron xidmətinə müraciət edilib.

Qeyd edək ki, komissiyanın 15 e-xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email