RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Bir ayda elektron arayışlardan istifadə sayı 50 minə yaxın olub

Avqust ayı ərzində “Elektron hökumət” portalının təqdim etdiyi elektron arayışlardan 49886 dəfə istifadə olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, “Elektron hökumət” portalında cəmi bir ildir yaradılan “Elektron arayışlar” xidməti vasitəsi ilə artıq vətəndaşlar 9 növ arayışı dövlət qurumuna getmədən portaldan asanlıqla əldə edə bilirlər.

Hazırda 20-йə yaxın bank və bir neçə kredit təşkilatı bu xidmətdən faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirirlər. Vətəndaşlar portal üzərindən e-arayışları formalaşdıraraq banklara və kredit təşkilatlarına təqdim edərək vaxt itirmədən rahat və şəffaf şəkildə istəklərinə nail olurlar.

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email