RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki 4 vakansiyaya 107 namizəd sənəd verib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın avqustun 14-də elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

Müsabiqədə iştirak etmək arzusunda olan namizədlərdən 107-si Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 vakant vəzifəsinə sənəd verib.

RYTN-in Elektron idarəçiliyin inkişafı şöbəsindəki aparıcı məsləhətçi vakansiyasına 79, Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq tədbirlərin təşkili sektorundakı məsləhətçi vakansiyasına 13, aparıcı məsləhətçi vakansiyasına 14, Elektron Təhlükəsizlik Mərkəzinin Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunun müdiri vakansiyasına 1 namizəd ərizə təqdim edib.

Xatırladaq ki, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Sənəd verən namizədlər ilk növbədə test imtahanı verir, test imtahanında uğur qazananlar müsahibədə iştirak etmək hüququ əldə edirlər.

 

CAHANGİR

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email