RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Azərbaycanın innovasiya layihəsi Avropa Birliyinin TAİEX komissiyasının iclasında təsdiq edilib

Avropa Birliyi TAİEX komissiyasının iclasında Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin hazırladığı “İnnovasiyanın üçqat modeli” (The Triple Helix Model) adlı layihəyə baxılıb və icraya qəbul olunub.

Layihə Avropa Birliyi TAİEX proqramı çərçivəsində hazırlanıb.

Bu ilin oktyabr-noyabr aylarında Bakıda layihə əsasında Avropa Birliyi TAİEX şöbəsinin ekspertlərinin iştirakı ilə “Milli innovasiya sisteminin formalaşdırılması üçün aktual olan elm-dövlət-istehsalat (üçqat spiral) münasibətlərinin qurulması” mövzusunda seminar keçiriləcək.

Tədbirdə Avropanın qabaqcıl ölkələrinin təcrübələri əsasında “innovasiyanın üçqat modeli” konsepsiyası, modelin strukturu və iştirakçıların vəzifələri, üçqat spiral və iqtisadiyyat, üçqat modelin formalaşması, regional inkişafda üçqat modelin əsasları, innovasiya nəzəriyyəsindən irəli gələn modelin əsas xüsusiyyətləri və s. mövzularda müzakirələr aparılacaq.

 

AYNUR

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email