RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Bakı-Sumqayıt qatarında pulsuz “Wi-Fi”

Məlum olduğu kimi, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarı istifadəyə verilib.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, sərnişин qatarı “Wi-Fi” sistemi ilə tямин edilib.

Onun sözlərinə görə, istifadəçilər qatara daxil olan kimi şifrəyə ehtiyac olmadan QSC-nin ödənişsiz “Wi-Fi” sisteminə qoşula bilərlər:

“İstifadəçilər yeni qatarlara daxil olanda birbaşa “Wi-Fi”-ya qoşula bilərlər. Qoşulmaq üçün şifrə tələb olunmur”.

Nadir Əzməmmədovun sözlərinə görə, yalnız Sumqayıtda, Ceyranbatan gölü ətrafında “Wi-Fi”-ya qoşulmaqda müəyyən problemlər yaşanır:

“Bu problem də internet təhcizatını həyata keçirən provayederlə bağlıdır. Hazırda bu istiqamətdə də provayderlə birlikdə fəaliyyətlər davam edir. Vətəndaşların qatarlarda internetə sürətli və keyfiyyətli çıxışını təmin etməyə çalışırıq”.

Qurum rəsmisi onu da qeyd edib ki, yeni sərnişin qatarında soyutma-isиtmə sistemi də yüksək səviyyədə təmin edilib.

Qatarların “biznes klas”larında çay və kofe xidmətinin də olduğunu vurğulayan mətbuat katibi, həmçinin, əlillər üçün xüsusi qurğuların da quraşdırıldığını bildirib.

Qeyd edək ki, “BakuBus” avtobusları və metropolitendə istifadə olunan vahid ödəmə kartı - “BakıKart”dan da qatarda istifadə, ödəmə terminalları və mobil telefonla biletlərin alışı mümkün olacaq.

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email