RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

“Femmes Digitales” Klubu yeni kampaniyaya start verir

“Femmes Digitales” Klubu sentyabrın 20-də üzvləri və üzv olmaq istəyənləri üçün İKT Qadınlarının Yay Düşərgəsini keçirəcək.

Tədbirin məqsədi ölkədə İKT sektorunda qadınların məşğulluq səviyyəsinə dair məlumat almaq, bu sahədə mövcud olan əsas maneələri və bu sektorda çalışan qadınların sayının az olmasının səbəblərini müəyyən etmək və İKT sektorunda qadınların çəkisinin artırılması yollarını araşdırmaqdır.

Avropa Komissiyasının qiymətləndirməsinə əsasən, İKT sektorunda kişilərin sayı qədər də qadın çalışsaydı, Avropanın ümumi daxili məhsulunun həcmi hər il 9 mlrd. avro dəyərində arta bilər. Tədbir çərçivəsində İKT sahəsində necə işə düzəlmək və karyeranı necə inkişaf etdirməyə dair mövzular müzakirə ediləcək.

Azərbaycanda qızların nədən məhz İKT ixtisaslarını seçməsi, sektorda qadınların sayının azlığının əsas səbəbləri haqda məlumatlar veriləcək.

Ölkənin qabaqcıl təşkilatlarının işçi heyətin yığılması zamanı istifadə etdikləri siyasət və yanaşmaları, qadınların İKT sektorunda işə düzəlməsi və karyera qurması ilə bağlı olan çətinliklər barədə fikir mübadiləsi aparılacaq.

Bu tədbir yeni kampaniyanın əsasını qoyacaq. Belə ki, klubun bütün üzvlərinə prioritet qaydasında yeni vakansiyalar barədə məlumat almaq imkanı yaradılacaq.

Namizədin seçilməsində prioritet isə Klubun üzvü olan şəxslərə veriləcək. Bu qəbildən olan ilk vakansiya dünyanın aparıcı İT şirkətlərindən birində ən qısa zamanda elan ediləcək.

Tədbirin proqramı rəsmi hissə ilə yanaşı, yeni başlayanlar üçün qolf yarışmasının, müxtəlif hədiyyələrin və kollektiv “Zumba master-klas”ın da daxil olduğu əyləncəli hissədən ibarət olacaq.

Tədbirə gələrkən qadınlar özü ilə 4-14 yaş arası övladlarını da götürə bilərlər. Uşaqlar üçün robotların yığılması, raketlərin uçurulması və uşaq qolfunu əhatə edən maraqlı və əyləncəli proqram hazırlanıb.

 

Aynur

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email