RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

2015-ci ildə dünya mobil məzmun bazarının həcmi 300 milyard dollara yaxınlaşacaq

“Strategy Analytics” şirkətinin proqnozuna görə, 2015-ci ildə mobil qurğular üçün məzmuna görə qlobal xərclərin həcmi 12 faiz artaraq 300 milyard dollar təşkil edəcək.

Ekspertlər hesab edirlər ki, 2021-ci ilə bu məbləğ 425 milyard dollaradək artacaq.

“Strategy Analytics”in analitikləri bildirirlər ki, smartfon istifadəçilərinin sayının artımı, yüksəksürətli simsiz məlumat ötürmə şəbəkəsinin inkişafı və ənənəvi internet məzmuna zəif tələbat mobil qurğular üçün məzmun xərclərinin artımına şərait yaradan əsas amildir.

Bundan başqa, şirkətlər öz məhsul və xidmətlərini mobil qurğu istifadəçiləri arasında daha aktiv şəkildə reklam edir. Ekspertlərin qiymətləndirməsinə görə, 2015-ci ildə şirkətlərin internet reklam üzrə ümumi xərclərinin 24 faizi mobil reklam xərclərinin payına düşəcək.

Emil

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email