RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

“Azercell” builki iştirakçılara tamamilə yeni imkanlar təklif edir

Bu il “Bakutel 2015” sərgisində “Azercell Telekom” şirkəti yeni konsepsiyalı stendində bütün iştirakçıları həm qabaqcıl texnoloji həllərля canlı şəkildə tanış olmağa, həm də xüsusi təlimlərdən faydalanmağa dəvət edir.

21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində ölkənin aparıcı mobil operatoru “Azercell Telekom” ziyarətçiləri tam yeni konsepsiyalı, geniş həcmli stendində qəbul edəcək. Müasir stenddə şirkətin son məhsulları, innovativ texnologiya və layihələri, həmçinin dünyanın ən son telekommunikasiya tendensiyaları nümayiş olunur. Stendin yeni konsepsiyası ziyarətçilərə təqdim olunan məhsul və layihələrlə rahat tanışlıq, innovativ həll və xidmətləri asanlıqla sınaqdan keçirməyə şərait yaradır.

Sərgiyə qatılanlar “Azercell” stendinin “Yeni texnologiyalar” bölümündə yüksəksürətli LTE xidmətini sınamaq imkanı əldə edəcəklər. Bu xidmət mobil internet sürətini əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Belə ki, “Azercell”in təqdim etdiyi LTE texnologiyasının köməyilə 300 MB-ə qədər yükləmə sürəti əldə etmək mümkündür. Ziyarətçilər “Azercell” stendində nümayiş olunan ən son cihazların vasitəsi ilə də yüksək sürətin şahidi ola bilərlər.

“Bakutel 2015”-də “Azercell”dən növbəti texnoloji yenilik “Wi-Fi” üzərindən səsli xidmətlərin göstərilməsi ilə bağlıdır. Bütün seyrçilər və xüsusilə də “Azercell” abunəçiləri üçün bu rabitə sistemi üzərindən zəng etmək imkanı nümayiş etdiriləcək.

Qeyd etməliyik ki, 2015-cи ilin əvvəlindən “Azercell” abunəçiləri mobil internet xidmətindən istifadəni 39% artırıb. “Azercell”in bazarda ən keyfiyyətli və sürətli mobil internet xidməti çərçivəsində 55% endirim tətbiq etməsi isə müxtəlif abunəçi qrupları üçün Mobil internetdən istifadəni əlverişli şəkildə təmin etdi.

Şirkətin stendinin “Yeni xidmətlər” hissəsində isə kitabsevərləri xüsusi hədiyyə gözləyir. Qabaqcıl operatorun bu günlərdə təqdim etdiyi “Bookmate” mobil proqramы vasitəsilə telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri əldə edib rahat oxumaq mümkündür. Mobil kitabxanada bədii, klassik, müasir və biznes ədəbiyyatına aid 500 000-dən artıq kitaba çıxış təmin olunub ki, onlardan 1500-dən artığı Azərbaycan dilindədir. “Azercell” kitabsevər abunəçilərinə, hətta, 1 həftəlik pulsuz mütaliə də bəxş edir. Bu zaman abunəçilər əsasən klassik nümunələrdən ibarət müəyyən sayda kitabları oxuya biləcəklər. Cəmi 3,5 AZN-lik endirimli aylıq abunə haqqı müqabilində isə “Bookmate” istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazlarına yükləyə biləcəklər. Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verəcək.

Digər xidmətlərdən fərqli olaraq, burada hər kitab üçün ayrıca ödəniş etmək lazım deyil. Göründüyü kimi, bu xidmət üçün aylıq abunə haqqı bir kitabın qiymətindən belə çox ucuzdur. Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Xidmətin ən mühüm üstünlüklərindən biri - “Bookmate” kitabxanasında məşğul olmaq üçün daimi internetə bağlantıya ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında hansı cihazın - telefon, planşet və ya kompüterin olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

“Bookmate” daxilində abunəçilərə ilk dəfə olaraq Azərbaycan, eləcə də, rus, ingilis və türk dillərində kitablar təqdim edilir. Yarım milyonluq kitabxanada ən çox satılan, ən çox oxunan, ən məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür.

Qeyd edək ki, “Bookmate” kitabxanası “Android” və “iOS” əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, “www.bookmate.com” saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər.

Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını “www.azercell.com/bookmate” səhifəsindən əldə etmək mümkündür.

“Azercell”in “Bakutel 2015” stendində mütaliə etməyi sevənlərlə yanaşı, melomanlar da əliboş qayıtmayacaq. Belə ki, “Zvooq” şirkəti ilə birgə əməkdaşlıqda yaradılan yeni “Music Streaming” proqramı vasitəsi ilə “Azercell”ilər 25 milyon musiqi parçasını dinləmək imkanı əldə edirlər. Bu siyahıda məşhur xarici musiqi nümunələri ilə yanaşı, Azərbaycan musiqisinin inciləri də yer alıb. Sərgidə “Music Streaming” tətbiqini birbaşa sınaqdan keçirmək mümkün olacaq.

Stendin “Yeni korporativ məhsullar” bölümündə isə korporativ müştərilər üçün nəzərdə tutulan unikal təkliflər yer alıb.

Eyni zamanda, sərgidə “Azercell” özünün fərdi abunəçiləri üçün “Hədsiz Zəng”, “Hədsiz İnternet”, yeni kombinasiyalı “bundle” tipli təkliflərlə yanaşı, geniş çeşidli endirimlər təqdim edən “GəncOL”, “Azercellim” tarifləri, həmçinin sərfəli İnternet paketləri, genişzolaqlı internetin istifadəsi üçün müxtəlif cihazlar və yeni telefon modellərini təqdim edir. Qeyd edək ki, abunəçi sərgi zamanı “www.mysim.az” saytı vasitəsilə fakturalı xətt nömrəsini bron edərək 50% güzəşt əldə edəcək.

“Azercell” builki sərgidə iştirakçılara tamamilə yeni, fərqli bir imkan da təklif edir. Stendin 2-ci mərtəbəsində yer alan xüsusi təlim otağında ilk dəfə olaraq informasiya texnologiyaları, startap proqramları, təqdimat bacarıqları və s. üzrə müxtəlif peşəkar təlimlər keçiriləcək. “Azercell Akademiyası” və “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən təşkil olunan təlimlərdə istənilən sərgi ziyarətçisi iştirak edə bilər. Proqram və ətraflı məlumat üçün “Azercell”in rəsmi “Facebook” səhifəsini izləmək tövsiyə olunur.

“Startap” təlimlərindən danışmışkən, qeyd edək ki, “Azercell” sahibkarlыğa dəstək mövzusunda səylərini davam etdirir. Burada əsas məqsəd həm cəmiyyətin sağlam inkişafına dəstək olmaq, həm də telekom biznesi üçün rəqəmsal ekosistemin yaradılması planını həyata keçirməkdir. “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzində uğurlu texnoloji layihələrin reallaşması üçün hərtərəfli dəstək verilir. Burada gənc startaplar uğurlu biznes qurmaq və sahibkara çevrilmək üçün “Azercell”in təcrübəsindən və yardımından faydalanır. “Bakutel 2015” sərgisində “Barama” mərkəzinin startap proqramlarının necə reallaşması barədə ətraflı məlumat veriləcək.

Və əlbəttə, həmişə olduğu kimi, bu il də “Azercell” stendini ziyarət edən qonaqları “Əyləncə Zonası”nda müxtəlif maraqlı oyunlar, intellektual müsabiqələr və mükafatlar gözləyir.

“Azercell” şirkəti “Bakutel 2015” sərgisində bütün ziyarətçiləri həm öyrənməyə, həm də əylənməyə dəvət edir.

 

Aynur Vəliyeva

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email