RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

“Bakutel” sərgisində Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminin təqdimatı

Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində İKT-nin ədliyyə və məhkəmə sistemlərində tətbiqi üzrə davamlı işlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 fevral 2014-cü il tarixdə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb. Bu sərəncamdan sonra görülən işlər daha da intensivləşdirilib və Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə təqdirəlayiq ölçüdə böyük addımlar atılıb. Azərbaycan “Elektron məhkəmə” informasiya sisteminin (AZEMİS) ilkin versiyası hazırlanıb və Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gədəbəy Rayon Məhkəməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi, Gəncə şəhəri Ağır Cinayətlər Məhkəməsində tətbiqinə başlanıb.

Azərbaycan Respublikasının məhkəmələrində işlərin elektron idarəetmə sistemi “bProCMS” proqram təminatı vasitəsi ilə həyata keçirilir.

“bProCMS” proqram təminatı “Bestcomp Group” şirkəti tərəfindən işlənib hazırlanıb və Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq olunmuş standartlara uyğun işləyir. Proqram təminatı məhkəmə işlərinin elektron idarə olunmasının avtomatlaşdırılması üçün nəzərdə tutulub.

 

“bProCMS” proqram təminatının tətbiqi nəticəsində məhkəmə sahəsində bir çox yeniliklərə imza atılıb:

 

- Ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulu;

- Məhkəməyə daxil olan bütün iş növləri üzrə icraatın elektron qaydada aparılması və sənədlərin elektron dövriyyəsi;

- Məhkəmə sorğularının və tərəflərin idarə edilməsi;

- Məhkəmə işlərinin avtomatik bölüşdürülməsi;

- Məhkəmə işlərinin idarə edilməsi;

- Məhkəmə təqvimi və gündəliklərinin idarə edilməsi;

- Məhkəmə iclaslarının idarə edilməsi;

- Bildirişlərin avtomatik generasiyası, məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların SMS vasitəsilə göndərilməsi;

- Məhkəmə qərarları və qətnamələrinin qəbul edilməsi;

- Məhkəmə proseslərinin audio, video kimi texniki vasitələrdən istifadə etməklə qeydə alınması;

- Məhkəmə işləri üzrə prosessual müddətlərə nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdar etmə;

- Məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması;

- Ümumi və xüsusi hesabatların generasiyası;

- Menyuların və səhifələrin idarə edilməsi;

- İstifadəçilərin idarə edilməsi;

- Sənəd şablonların dizayn edilməsi və sənədlərin avtomatik generasiyası;

- Sistem administrasiyası

 

“bProCMS” proqram təminatı “BestComp Group” şirkəti tərəfindən hazırlanmış “Elektron Kabinet” və “bproRec” proqram təminatları ilə də inteqrasiya olunub. Vətəndaşlar “Elektron Kabinet” vasitəsilə özlərinə aid məhkəmə işlərinin iclaslarına, qərarlara, qətnamələrə elektron kabinetə daxil olaraq baxa bilərlər.

“bProRec” - iclasların mətn, audio və video rejimində protokollaşdırılması sistemidir. Bu sistem xüsusi avadanlıq və proqram təminatından ibarətdir. Məhkəmə iclaslarının mətn, audio və video yazılarının aparılması, iştirakçılara aid informasiyanın fərqli kanallarla yazılaraq arxivlənməsi üçün istifadə olunur. Məhkəmə işlərinin elektron idarəetmə sistemi ilə sıx inteqrasiya olunub. “bProRec” sisteminin elektron avadanlığı “BestComp Group” şirkətinin mütəxəssisləri tərəfindən Azərbaycanda istehsal olunur.

4 Noyabr 2015-ci ildə Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində tikilən Şəki Məhkəmə Kompleksinin açılışında çıxış edən ədliyyə naziri cənab Fikrət Məmmədov məhkəmələrdə və Ədliyyə Nazirliyində tətbiq edilən müasir İKT sistemlərinin əhəmiyyətini vurğulamış və bu işlərin daha da genişləndiriləcəyini bildirib.

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email