RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir elektron xidmətindən istifadə sayında 2,7 dəfə artım qeydə alınıb

Avqust ayında istifadəçilər elektron formada 79066 nömrənin hansı mobil operatora daşındığını öyrənib.

Ötən ay “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” elektron xidmətinə iyul ayı ilə müqayisədə 2,7 dəfə çox müraciət olunub.

“Elektron hökumət” portalında istifadədə olan adıçəkilən e-xidmət vasitəsi ilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və bu xidmət abunəçiyə etdiyi zəngin dəyərini hesablamaq imkanı verir.

Qeyd edək ki, Açıq Hökumət Məlumatları portalında (data.gov.az) “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” məlumat bazası açıq edilib və bu baza əsasında mobil tərtibat hazırlanıb.

Xatırladaq ki, ötən ilin fevral ayının 1-dən etibarən Azərbaycan ərazisində Mobil Nömrədaşıma Xidməti fəaliyyətя başlayıb.

Bu xidmətdən faydalanaraq abunəçi istifadə etdiyi mobil telefon nömrəsini (şəbəkə kodu - 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) bir mobil operatorun şəbəkəsindən çıxararaq digər mobil operatorun şəbəkəsinə keçirə bilər.

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email