RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Bir ayda elektron qaydada qeydiyyatdan keçirilən mobil cihazların sayı 26 faiz artıb

Avqust ayı ərzində “Elektron hökumət” portalı üzərindən elektron formada qeydiyyatdan keçirilən mobil cihazların sayında iyul ayı ilə müqayisədə kütləvi artım müşahidə olunub.

Ötən ay qeydiyyatdan keçirilən mobil cihazların sayı 26 faiz artaraq 52366-ya çatıb.

Elektron qeydiyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidməti vasitəsi ilə həyata keçirilir.

E-xidmət vətəndaşlara xarici ölkələrdən aldıqları mobil cihazları asan şəkildə qeydiyyatdan keçirmək və onlayn ödəniş etmək imkanını verir.

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email