RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

“Bakutel” sərgisi dünyanın sərgi və konfranslar üzrə ixtisaslaşmış məşhur internet resurslarında

21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel 2015”) Sərgi və Konfransı ilə bağlı ölkə mətbuatında, həmçinin sahə üzrə fəaliyyət göstərən bir çox internet resurslarda geniş məlumatlar verilir.

Çox sevindirici haldır ki, bir çox xarici internet resursları, beynəlxalq statuslu portallar da bu önəmli İKT tədbirinə xüsusi diqqət ayırırlar. Bir sözlə, hazırda “Bakutel 2015” dünyanın gündəmindədir.

Oxucuları məlumatlandırmaq üçün sözügedən tədbirlə bağlı bəzi xarici portallarda gedən informasiyaları təqdim edirik.

Latviya İnvestisiya və İnkişaf Agentliyinin xarici ticarət portalı “Exim.lv” “Bakutel 2015” haqqında yazıb. Məlumatda göstərilir ki, “Bakutel” sərgi və konfransı beynəlxalq İKT şirkətləri, hökumət və media nümayəndələrini eyni məkana toplayır. Bir çox sənaye sahələrini, o cümlədən, loqistika, turizm, təhsil, səhiyyə istiqamətlərini ehtiva edən sərgi gəlirin artırılması, xərclərin azalması və risklərin idarə olunması üçün geniş platformadır. Hər il sərgi bu sahənin əsas oyunçuları, ekspertlər və sənaye peşəkarlarına İKT sektorunda əldə olunmuş nailiyyətlərin təqdim edilməsi üçün platforma təklif edir. “Bakutel” həm də innovativ ideya və layihələr nümayiş etdirir, müzakirələr aparmaq və dəyərli işgüzar əlaqələr qurmaq üçün məkan kimi çıxış edir.

Sərginin daimi iştirakçıları arasında yerli və “Alcatel-Lucent”, “Arbor Networks”, “Astrium”, “Fujikura”, “Hitachi Solutions”, “HP”, “Huawei”, “Intel”, “Iskratel”, “Microsoft”, “Polymedia”, “Procera Networks”, “Schneider Electric”, “Softline”, “Tecnotree” və digər aparıcı beynəlxalq şirkətlər yer alır.

Belarus ixracatçılarına informasiya dəstəyi göstərmək məqsədi ilə Marketinq və Qiymətlərin Öyrənilməsi üzrə Milli Mərkəzi tərəfindən yaradılan “Export.by” portalı “Bakutel 2015” ilə bağlı informasiya yayıb. Sərgi barədə ümumi məlumat verən portal sərginin üstünlüklərini də diqqətə çatdırıb:

Xəzər və Qafqaz regionlarında keçirilən ən iri telekommunikasiya sərgisi;

Mütəxəssislər, peşəkarlar və sərginin ziyarətçilərinə xidmət və məhsulları təbliğ etmək imkanı;

İxtisaslı və potensiala malik tərəfdaşlar və alıcıların eyni məkanda görüşmək imkanı;

Bazardakı yeni məhsul və xidmətlər haqqında dolğun məlumat almaq üçün əvəzedilməz platforma;

Sərgi çərçivəsində baş tutacaq biznes forumlar, ixtisaslaşdırılmış tədbir və seminarlarda İKT sahəsinin beynəlxalq və yerli mütəxəssisləri arasında fikir və təcrübə mübadiləsi;

Sərginin peşəkar və sosial tədbirlərində iştirak etmək imkanı.

Eyni zamanda sərginin bölmələri haqqında məlumat verilib.

Rusiyanın sərgi sənayesi üzrə peşəkar internet portalı “Exponet.ru” da “Bakutel 2015” haqda məlumat verib: “Keçirilməyə başladığı vaxtdan etibarən “Bakutel” sərgisi ölkənin telekommunikasiya bazarının ayrılmaz hissəsinə çevrilib. Bir çox ölkələrin ekspertləri və sənaye mütəxəssislərinin diqqətini cəlb edən sərgi informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində nailiyyətləri nümayiş etdirmək, müzakirələr, danışıqlar aparmaq və işgüzar əlaqələr qurmaq, eləcə də mükəmməl ideya və layihələr təqdim etmək üçün meydança rolunu oynayır.

Bundan əlavə, saytda “Bakutel 2015”-ə dəstək verən təşkilatlar və tədbirin bölmələri haqqında da ətraflı informasiya təqdim olunub.

Hindistanın “Tradeindia.com” portalı da “Bakutel 2015” sərgi və konfransı ilə bağlı məlumat dərc edib. Məlumatda qeyd olunur ki, “Bakutel” Xəzər və Qafqaz regionlarında ən iri telekommunikasiya sərgisidir. “Bakutel 2015” Bakı Ekspo Mərkəzində dekabrın 2-dən 5-dək dörd gün fasiləsiz fəaliyyət göstərəcək.

Sərgi iştirakçıları məhsul və xidmətlərini nümayiş etdirmələri üçün unikal platforma və imkanlar qazanacaq.

Sərgi iştirakçıları telekommunikasiya və şəbəkələr, informasiya və ofis texnologiyaları, kabel və simsiz rabitə, genişzolaqlı texnologiyalar, peyk rabitəsi və texnologiyaları, televiziya və radioyayım avadanlıqları və texnologiyaları, bank texnologiyaları və xidmətləri, təhlükəsizlik sistemləri, proqram təminatı və avtomatlaşdırma sistemləri, elektron hökumət, elektron bank, elektron kommersiya, elektron təhsil sahələri üzrə öz məhsul və xidmətlərini nümayiş etdirəcək.

Tədbirin əsas auditoriyasını İKT şirkətlərinin nümayəndələri, idarəetmə, istehsalçılar, distribüterlər, sistem inteqratorları, İT və telekommunikasiya menecerləri, satınalma mütəxəssisləri, ofis menecerlər və mühasiblər təşkil edir.

Sərgi iştirakçılarının beynəlxalq portalı kimi ixtisaslaşan “terra-expo.com” həmçinin “Bakutel 2015”-ə yer ayırıb: “Sərgi və konfrans bazardakı yeni xidmətlər və məhsullar haqqında vacib məlumatların alınması, keçiriləcək biznes-forumlarda, ixtisaslaşdırılmış tədbir və seminarlarda beynəlxalq və yerli mütəxəssislər arasında İKT sahəsində ideya və təcrübə mübadiləsi üçün əvəzolunmaz məkandır”.

Tədbirin keçirilmə tarixi, yeri, bölmələri və təşkilatçısı haqqında məlumat verib.

Qazaxıstanın “Profit.kz” İT portalı da “Bakutel 2015”-dən yazıb. Qeyd olunub ki, 2-5 dekabr 2015-ci il Bakı şəhərində 21-ci Azərbaycan Telekommunikasiya və İnformasiya Texnologiyaları Beynəlxalq Sərgisi keçiriləcək.

“Bakutel” sərgisi - Azərbaycanın telekommunikasiya bazarının aparıcı hadisəsi və ayrılmaz hissəsidir. Sərgi telekommunikasiya və informasiya texnologiyaları sahəsində nailiyyətlərin, ən inanılmaz ideyaların və layihələrin nümayişi, həmçinin yeni uğurlara əsas olan müzakirələr, danışıqlar və işgüzar əlaqələrin qurulması üçün meydançadır.

Sərginin sektorları kommunikasiyalar və şəbəkələr, qurğular və aksessuarlar, rəqəmli həllin biznesi, ECM və giriş-çıxış həlləri, ERP və verilənlərin analizi, İT infrastruktur və emalın və verilənlərin saxlanılması mərkəzləri, İT xidmətlər, tədqiqatlar və innovasiyalar, təhlükəsizlik, veb və mobil rabitə daxildir.

“JETRO” - Yaponiya Xarici Ticarət Təşkilatının “Jetro.go.jp” saytında da “Bakutel” barədə informasiya verilib. Məlumatda sərgi ilə bağlı əsas xəbərlər diqqətə çatdırılır. Belə ki, saytda “Bakutel 2015”-in keçirildiyi ölkənin, şəhərin, eləcə də tədbirin təşkil olunacağı məkanın adı, tarixi, təşkilatçı ilə əlaqə vasitələri, sərgi saytının ünvanı, nümayişdə təqdim olunacaq məhsullar əksini tapıb. Bunlarla yanaşı, ötən il keçirilən “Bakutel” sərgi və konfransı ilə əlaqədar statistik göstərici təqdim olunub.

Böyük Britaniyanın “İnfobip.com” biznes portalı “Bakutel 2015” haqqında məlumat yayıb. Məlumatda sərgi və konfransın keçirildiyi ölkə və şəhər, həmçinin tədbirin başlama və sona çatma tarixi əksini tapıb.

Бунлардан ялавя, “Eventful.com”, “İnfinetwireless.com”, “Clocate.com”, “Nfeiras.com” “Fuarplus.com”, “Ntradeshows.com”, “Getevents.co”, “Sur.ly”, “Expoholding.ru” “Generalexpo.ru”, “Sme.government.bg”, “Expocom.ru”, “Vmost.ru”, “Fuartur.com”, “Expo-world.ru”, “Expobase.com”, “Expoclub.ru”, “Cityexpo.ru”, “Expolife.ru”, “Nnfiere.com”, “Nmessen.com”, “Webviki.ru” kimi xarici portallarda da “Bakutel 2015” haqda informasiya yerləşdirilib.

 

Cahangir Atakişiyev

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email