RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi araşdırmalar nəticəsində aldığı innovativ məhsulları nümayiş etdirəcək

“Bakutel 2015” Beynəlxalq Иnformasiya-Тexnologiyaları Сərgi-Кonfransında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi (YTTM) də mərkəzdə alınan innovativ məhsullarını nümayiş etdirəcək. Qeyd edək ki, YTTM yüksək texnologiyaların Azərbaycana gətirilməsi və inkişafını təmin etmək üçün yaradılıb. Mərkəzdə bu işlər elmi araşdırma (Basic Research) - texnologiyanın yaradılması və inkişafı (Core Tech Research) - prototipin yaradılması (Product Development) - sənayeyə keçid (Industrialization) sxemi ilə həyata keçirilir.

Mərkəzin əsas məqsədlərindən biri biliklərə əsaslanan sənayenin inkişafına töhfə vermək, qabaqcıl texnologiyaları yaratmaq və inkişaf etdirməkdir. YTTM-in əsas prioritetlərindən biri Bərk Cisim İşıqlanma (BCİ) texnologiyası və yüksək keyfiyyətli - Fosfor Çevirici Ağ İşıq Diodları (LED) istehsalının yaradılmasıdır.

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində aparılan sistemli araşdırmalar nəticəsində yüksək təmizlik dərəcəsinə malik bir və çoxdivarlı karbon nanoborularının (KNB) alınma texnologiyası işlənib hazırlanıb. Hazırda alınan KNB-lar əsasında çoxfunksiyalı polimer nanokompozitlər hazırlanır, informasiya texnologiyalarında və nanoqurğularda tətbiqləri araşdırılır.

Məlumat üçün bildirək ki, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində hazırlanan yeni adsorbent perlit (təbii və ucuz mineral) və üzərinə çökdürülmüş karbon nanoborudan ibarət kompozitdir. Burada məqsəd perlitin hidrofob xassəsinin (suya deyil, neftə qarşı həssas) və beləliklə, neft üzrə sorbsiya tutumunun artırılmasıdır. Bu isə su hövzələrinin neft çirklənmələrindən təmizlənməsi üçün innovativ materialdır.

 

Mərkəzin ekspertləri bildirir ki, adsorbentin bir sıra üstün xassələri var:

 

1. Nə təmiz, nə də neftlə dolu halda suda batır

2. Yüksək neft udma tutumuna malikdir. Belə ki, 5 qram neftə 1 qram absorbent bəs edir.

3. 400 C--yə qədər temperatura qarşı stabildir.

4. Dəfələrlə istifadəyə yararlıdır. Özəl xüsusiyyətlərindən biri odur ki, tez əldə olunan məhlullarla asan bərpa olunur. Məhlulların özləri də, həmçinin, neftdən təmizlənərək dəfələrlə istifadə oluna bilər.

5. O, suyun səthindən motorlu tor vedrələr və ya digər motorlu qurğular vasitəsilə asanca arıla bilir. Bunun üçün təmiz adsorbenti fırlanan dolağın üzərinə yerləşdirilən xırdadəlikli tora töküb katerə bərkidilmiş kartric şəklində hazırlamaq olar.

6. İlkin materiallara və hazırlanmasına böyük xərc tələb olunmur.

 

Bundan əlavə olaraq, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində keramika /karban nanoboru əsasında yüksək elektrik və istilikkeçirici nanokompozit materiallar alınıb ki, bunlar da tikinti sənayesi və LED texnologiyasında böyük perspektivlər vəd edirlər.

Mərkəzdə karbon nanoboru əsasında yüksək istilikkeçirici Suspenziya məhlulları alınıb. Bu da avtomobil sənayesi, soyuducu sistemli bütün qurğularda istifadə üçün yeni materiallardır.

Məlumat üçün bildirək ki, texnologiyaların konvergensiyası əsrində prioritet istiqamətlərin düzgün seçilməsi yüksək texnoloji tutumlu iqtisadiyyatın qurulması və dayanıqlı inkişafının təmin edilməsində başlıca amil olduğu nəzərə alınaraq Nazirlər Kabinetinin 23 sentyabr 2008-ci il tarixli 228 nömrəli qərarı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nəzdində dövlət büdcəsindən maliyyələşdirilən Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılıb.

 

Mərkəzin fəaliyyət istiqamətləri:

 

Hazırda Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində yaradılan müasir tipli laboratoriyalarda (Clean room) alınan prototip tipli məhsullar davamlı iqtisadi artımı təmin edən enerji qənaətli və ətraf mühit strategiyası əsasında sənayeləşməyə keçid mərhələsindədir. Bu isə özlüyündə əsas elmi araşdırma (Basic Research) ®texnologiyanın yaradılması və inkişafı (Core Tech Research) ®prototipin yaradılması (Product Development)®sənayeyə keçid (Industrialization) sxemi ilə həyata keçirilir.

Mərkəzdə sonuncu nəsil zəngin laboratoriyalar qurulub.

Müxtəlif rəng temperaturuna və rəng ötürmə indeksinə malik işıq diodlarının (LED) rəqabətə davamlı prototipləri yaradılıb, kiçik həcmli LED istehsal (Çipdən sonrakı mərhələ) xətti qurulub və uğurlu pilot layihə həyata keçirilib.

İstehsal olunan LED-lampalarını elektrik dövrəsinə qoşmaq üçün güc faktoru >0.95 olan impulslu çeviricilər (Driver-Intelligent and isolated power supply) hazırlanıb. İstiliyə və güclü mexaniki təsirə davamlı elektromaqnit xassələrinə malik təmiz və kiçik diametrli (5-10 nm) nanoborular alınıb və polimer materiallara tətbiqləri öyrənilir.

Həmçinin bir sıra istiqamətlərdə bionanotexnologiya sahəsi üzrə uğurlu tədqiqat nəticələrinə nail olunub.

 

Seymur Qasımbəyli

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email