RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

“Nar” “Bakutel 2015” sərgisində innovativ yeniliklərini təqdim edəcək

“Nar” zəngin mədəni irsə sahib olan Azərbaycanın çağdaş həyatdakı tərənnümüdür. İlk gündən etibarən, “Nar” innovativ şirkət olmağa can ataraq, yerli mobil rabitə bazarında müxtəlif yeniliklər təklif etməkdədir.

Şirkət ilk növbədə öz müştərilərini, habelə əməkdaşlarını və səhmdarlarını hər zaman məmnun etməyə səy göstərib. Bizim əsas missiyamız insanları biri-birinə qovuşdurmaq və onları dünyaya birləşdirməkdən ibarətdir. Davamlı olaraq təkmilləşmə və mükəmməlləşməni özü üçün başlıca meyar elan edən “Nar” nəticə yönümlülük prinsipinə böyük önəm verir.

Şirkət “Bakutel-2015” 21-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları сərgisində iştirak edəcək və hər il olduğu kimi, bu il də özünün ən son yeniliklərini nümayiş etdirəcək. Sərgi zamanı “Nar” stendində müxtəlif tədbirlər də təşkil olunacaq.

“Nar” stendi bağ konsepsiyasına uyğun tərtib edilib. Biz inanırıq ki, xoşbəxtlik, münasibətlər, uşaqlar, karyera, uğur və şövq kimi həyatın vacib ünsürləri səy, qayğı və coşquyla yetişdirdiyimiz meyvələrlə müqayisə edilə bilər. Buna görə, biz həyatı bağ kimi görürük. Bizim bağımız hər kəsin yaşamaq istəyəcəyi mükəmməl bir dünyadır. Dostluq və yoldaşlıq, qayğı və sevgi meyvələrini hamının dərə biləcəyi günəşli, təbiətin yaşıl rəngi ilə şölələnən bir dünya... Bizim yeni loqomuz həm meyvə olaraq narı, həm də “Nar”-ın başladığı söhbəti təmsil edir. Rənglərimizdən qırmızı narı, yaşıl isə təbiəti təmsil edir”- deyə şirkətdən bildirilib.

“Nar” tərəfindən təqdim edilən bir neçə yeni xidmət, o cümlədən “4G” texnologiyası ilk dəfə olaraq geniş ictimaiyyətə məhz “Bakutel-2015” sərgisində nümayiş etdiriləcək. Burada mobil operatorun təmin etdiyi ən geniş LTE (4G) şəbəkəsindən və “Nar” tərəfindən yaradılan digər texniki imkanlardan, texnoloji yeniliklərdən söhbət açılacaq.

Böyük qürur hissi ilə bütün Azərbaycana “4G” texnologiyası və genişləndirilmiş şəbəkəni təqdim edən “Nar” cəmi 2 il ərzində şəbəkəsinin həcmini 2 dəfədən çox artırmağa nail olub. “4G” şəbəkəsində fəaliyyət göstərən baza stansiyalarının sayını 412 ədədə çatdırmaqla yanaşı, mobil operator LTE şəbəkəsindən istifadə üçün abunəçilərin əlavə ödəniş etməmələrinə də müvəffəq olmuşdur. Növbəti il “Nar” LTE şəbəkəsini daha da genişləndirməyi və LTE “Advanced Technology” (LTE-A) tətbiqini reallaşdırmağı planlaşdırır.

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email